
Ətraflı məlumat
«Cinema Art» bədii filmin ideyasından final montajına qədər bütün mərhələləri öz üzərinə götürür. Ssenari, kastinq, çəkiliş meydançası, aktyor rejissurası, operator işi və post-production — hər biri peşəkar komanda tərəfindən idarə olunur. Tam metrajlı və qısa metrajlı bədii filmlər beynəlxalq festival standartlarına uyğun istehsal edilir.
Bədii film — hekayənin canlı təcəssümüdür. Biz ssenari inkişafından başlayaraq quruluşçu rejissor, operator, səs rejissoru və montajçılarla birgə işləyərək vizual dilin harmoniyasını təmin edirik.
Aktyor kastinqi, çəkiliş yerinin seçimi, geyim və səhnə tərtibatı hər bir filmin estetik konsepsiyasına uyğun qurulur. Çəkilişdə professional cinema kameralar və işıq avadanlığı istifadə olunur.
Post-production mərhələsində montaj, səsləndirmə, color-correction və vizual effektlər filmə son, tamamlanmış görünüşü bəxş edir.
Şəkil qalereyası
çəkiliş · proses · nəticə

İşin görülmə ardıcıllığı
mərhələlər üzrə
- 01
Ssenari və inkişaf
İdeyanın formalaşdırılması, ssenari yazılışı, qısa mütaliə və texniki ssenari hazırlanması.
- 02
Kastinq və hazırlıq
Aktyorların seçimi, kostyum, qrım və səhnə tərtibatının planlaşdırılması.
- 03
Çəkiliş
Meydançada aktyor və texniki qrupun birgə işi ilə səhnələrin çəkilişi.
- 04
Montaj və səs
Kadrların ardıcıllığı, səsləndirmə, dublyaj və musiqi trekinin hazırlanması.
- 05
Color-correction və final
Rəng qradasiyası, vizual effektlər və final master faylın verilməsi.
Digər prodakşn xidmətləri
Növbəti xidmət
