Bakı, Azərbaycan — 2008-ci ildən

Sənədli filmlərin çəkilməsi
PRODUCTION
02

Sənədli filmlərin çəkilməsi

Real hadisələr əsasında sənədli istehsal.

Ətraflı məlumat

Sənədli film — həqiqətin kino dili ilə çatdırılmasıdır. «Cinema Art» tarixi, mədəni və sosial mövzularda sənədli filmlər istehsal edir: araşdırma, intervyu, arxiv materialları və canlı çəkilişlər bir araya gələrək dəqiq və emosional nəticə yaradır.

Sənədli istehsal dərin araşdırma tələb edir. Komandamız mövzunu öyrənir, mütəxəssislərlə görüşür və çəkiliş strategiyasını müəyyənləşdirir.

Çəkilişlər real mühitdə — tarixi yerlərdə, küçələrdə, istehsalat obyektlərində aparılır. Handheld və observational üslublar hadisənin təbii axışını qoruyur.

Montajda intervyular, arxiv kadrları və voice-over bir-birini tamamlayaraq tam və inandırıcı hekayə qurur.

Şəkil qalereyası

Sənədli filmlərin çəkilməsi — 1
1 / 3

İşin görülmə ardıcıllığı

mərhələlər üzrə

  1. 01

    Araşdırma

    Mövzunun öyrənilməsi, mütəxəssislərlə məsləhət, çəkiliş planının hazırlanması.

  2. 02

    İntervyu və çəkiliş

    Real hadisələrin, intervyu və arxiv materiallarının çəkilişi.

  3. 03

    Voice-over və montaj

    Səsləndirmə, kadrların seçimi və hekayə xəttinin qurulması.

  4. 04

    Color və səs dizaynı

    Rəng və səs atmosferinin formalaşdırılması.

  5. 05

    Final çatdırılma

    Master faylın və yayım formatlarının hazırlanması.

Əlaqəli işlər

Portfolio

Sənədli kateqoriyasında layihələrə baxın.

Portfolioya keçid

Növbəti xidmət