
Ətraflı məlumat
Korporativ film — şirkətin hekayəsini və dəyərlərini peşəkar şəkildə çatdırır. «Cinema Art» şirkət təqdimatları, istehsalat prosesləri, müdiriyyət intervyuları və daxili təlim filmləri istehsal edir. Hər layihə brendin üslubuna uyğun fərdi yanaşma ilə qurulur.
Korporativ filmin ssenarisi şirkətin fəaliyyəti, missiyası və uğurları əsasında yazılır. İntervyu və proses çəkilişləri real iş mühitində aparılır.
Çəkiliş ofis, istehsalat və ya xidmət obyektlərində həyata keçirilir; təbii işıq və professional avadanlıqla keyfiyyət təmin olunur.
Montajda intervyular, proses kadrları və qrafika bir araya gələrək aydın və etibarlı təqdimat yaradır.
Şəkil qalereyası
çəkiliş · proses · nəticə

İşin görülmə ardıcıllığı
mərhələlər üzrə
- 01
Brief və ssenari
Şirkət haqqında məlumat toplanması və ssenarinin yazılması.
- 02
Çəkilişə hazırlıq
Çəkiliş yeri, intervyu iştirakçıları və texniki plan.
- 03
Çəkiliş
Ofis və ya istehsalat mühitində intervyu və proses çəkilişi.
- 04
Montaj və qrafika
Kadrların montajı, qrafika və voice-over əlavə olunması.
- 05
Çatdırılma
Təqdimat və daxili istifadə üçün formatların hazırlanması.
Digər prodakşn xidmətləri
Növbəti xidmət
